24 saat ərzində şəxsi kabinetə düşməyən protokol ləğv edilməlidir - VİDEO

Xəbərlər 18 Oktyabr 2018 20:45 Oxunub 4344
24 saat ərzində şəxsi kabinetə düşməyən protokol ləğv edilməlidir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"ASAN xidmət"dən çıxarış təqdim ediləndən sonra məsələyə hüquqi qiymət veriləcək

Törətdiyi xətaya görə sürücünün şəxsi kabinetinə 2 gün sonra elektron protokol göndərilib. Amma qanunvericliyə əsasən 24 saat ərzində şəxsi kabinetə yüklənməyən protokol ləğv edilməlidir. Avtosfer.az-ın məlumatına görə, sürücü Cəlal İsbizadə belə bir halla qarşılaşıb, amma protokollar ləğv edilmir. Sürücü bununla bağlı aidiyyəti dövlət qurumlarına müraciət etsə də, müsbət cavab ala bilməyib. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib ki, qanunvericiliyə müvafiq dəyişiklik bu il iyulun 1-dən qüvvəyə minib və buna görə də vətandaşın protokolları ləğv edilməlidir. Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rüfət Quliyevin sözlərinə görə isə, elektron protokolun elektron kabinetə yerləşdirilməsi barədə "ASAN xidmət"dən çıxarış təqdim ediləndən sonra məsələyə hüquqi qiymət veriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh