“Bakmil” stansiyasında təmirin bu ilin sonunadək bitməsi planlaşdırılır

Gündəm 18 Oktyabr 2018 20:38 Oxunub 483
“Bakmil” stansiyasında təmirin bu ilin sonunadək bitməsi planlaşdırılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda stansiyada tamamlanma işləri həyata keçirilir

Bakı Metropoliteninin “Bakmil” stansiyasında təmirin bu ilin sonu, gələn ilin əvvəlinədək yekunlaşdırılması planlaşdırılır. Avtosfer.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov Azərtac-a eksklüziv açıqlamasında deyib. O bildirib ki, “Bakmil” metro stansiyası Bakı metropoliteninin yeganə yerüstü stansiyasıdır. Açıq tipli stansiya olduğu üçün hava şəraiti dəyişən zaman sərnişinlər üçün müəyyən çətinliklər yaranırdı. Təmir zamanı bu stansiyada xüsusi çətirlərin quraşdırılması işləri həyata keçirilir ki, bu da sərnişinlərin çətinliklərini aradan qaldıracaq. “Bakmil” metro stansiyasının dəmir-magistral yolları, platforması, xidməti otaqları, bütün infrastrukturu yeni, müasir qurğularla təchiz edilir. Təmir işləri zamanı stansiyanın fasadının, platformasının üzvi daşlarının dəyişdirilməsi işləri də görülüb. Hazırda stansiyada tamamlanma işləri həyata keçirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh