Şirkət avtomobili 7 yaşlı uşağı vurub qaçdı - Abşeronda

Qəzalar 18 Oktyabr 2018 20:56 Oxunub 555
Şirkət avtomobili 7 yaşlı uşağı vurub qaçdı - Abşeronda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəsarət alan azyaşlı xəstəxanaya yerləşdirilib

Abşeron rayonunda şirkət əməkdaşı azyaşlını avtomobillə vurub qaçıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Xırdalan qəsəbəsində baş verib. Xırdalan şəhər sakini Salayev Aslan Ədalət oğlu "Carlsberg-Azerbaijan" şirkətinə məxsus idarə etdiyi "Seat İbiza" markalı avtomobillə 2011-ci il təvəllüdlü Məmmədzadə Əlixan Zaur oğlunu vurub. Avtomobil azyaşlının ayağının üstündən keçib və sürücü hadisə yerindən qaçıb. Xəsarət alan azyaşlı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyatı hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh