Qadının pulqabısını oğurlamaq istəyən şəxs yaxalanıb

Gündəm 18 Oktyabr 2018 21:28 Oxunub 530
Qadının pulqabısını oğurlamaq istəyən şəxs yaxalanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanılıb

Paytaxtın Nizami rayonu ərazisində soyğunçuluq edən şəxs polis əməkdaşının sayıqlığı və çevikliyi sayəsində yaxalanıb. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, oktyabrın 17-də axşam saatlarında Nizami RPİ-nin Post-Patrul Xidməti Bölüyünün əməkdaşı, polis baş serjantı Atakişi Quliyev xidmətdən kənar vaxtı Ə.Vəliyev küçəsindəki binaların birinin girişində bir nəfərin qadına zor tətbiq edərək pulqabısını götürüb aradan çıxdığını görüb, cəld onu təqib edərək saxlayıb. Soyğunçuluqda şübhəli bilinən şəxs 25-ci Polis Şöbəsinə təhvil verilib. Araşdırmalarla onun Şabran rayon sakini, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Tərlan Umayev olduğu, zorla həmin qadının içərisində pulu və sənədi olan pulqabısını əldə etdiyi müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh