Babasının meyitinin külündən peçenye hazırladı

Gündəm 19 Oktyabr 2018 01:01 Oxunub 760
Babasının meyitinin külündən peçenye hazırladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məsələnin həlli məktəbin səlahiyyətli şəxslərinə tapşırılıb

ABŞ-da baş verən hadisə eşidənləri dəhşətə gətirir. Avtosfer.az bakupost-a istinadən xəbər verir ki, Sakramentoda yaşayan məktəbli qız öldükdən sonra babasının yandırılan meyitindən qalan küllərdən peçenye hazırlayıb. O, peçenyeləri götürərək məktəbə aparıb və "özəl” reseptlə hazırlanmış peçenyelərini sinif yoldaşlarına təklif edib. Endi Knoks adlı şagird bu barədə danışarkən deyib ki, onun təklif etdiyi peçenyeni yedikdən sonra fərqli dad hiss edib. Bundan sonra qız gülərək onun içinə babasının meyitinin külünü qatdığını deyib.  Faktla bağlı araşdırma aparan polis əməkdaşı Paul Doroşov peçenyelərin içində həqiqətən insan meyitinin külü tapıldığını, lakin məktəbliyə qarşı hər hansı ittiham irəli sürülməyəcəyini qeyd edib. Onun bu əməlində hər hansı cinayət əməli olmadığı üçün qıza qarşı cinayət işi açılmayacaq, lakin bu məsələnin həlli məktəbin səlahiyyətli şəxslərinə tapşırılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh