Nazirliyin əməkdaşları çökən yoldakı ağaclara qulluq etdi

Gündəm 18 Oktyabr 2018 23:58 Oxunub 752
Nazirliyin əməkdaşları çökən yoldakı ağaclara qulluq etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda ərazidə təmir-bərpa işləri aparılır

Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsində 17 oktyabr 2018-ci il tarixində asfalt örtüyünün çökməsi nəticəsində ərazidə olan bir neçə ağac qəzalı vəziyyətə düşüb.

Modern.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib və 2 sofora ağacının qəzalı vəziyyətə düşdüyü müəyyən edilib.  

Hazırda ərazidə təmir-bərpa işləri aparılır. ETSN-nin mütəxəssislərinin iştirakı ilə qəzalı vəziyyətə düşən ağacların bioloji inkişafını bərpa etmək məqsədilə onlara aqrotexniki qulluq göstərilib, çökmüş  sahə torpaqla doldurulub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh