Yollarda "axşam xaosu" nə vaxt bitəcək? - VİDEO

Avtosfer TV 19 Oktyabr 2018 00:06 Oxunub 1502
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İnsanlara Maddi, mənəvi və psixoloji zərbədir

Bakıda dayanma-durma qaydalarının pozulması, parklanma bərbad vəziyyətdədir. ARB televiziyasının hazırladığı süjet bunu bir daha təsdiq edir. Sujetdən də aydın olduğu kimi Bakının bir çox küçə və prospektlərində avtobus dayanacaqları zəbt olunur, sürücülər iki və üçüncü cərgədə saxlayır. Vəziyyət o həddə çatıb ki, yol polisi bu məsələyə müdaxilə etmək məcburiyyətində qalır. Yol polisi olmasa vəziyyət o həddə çatıb ki, avtobus sürücülərinin də dediyi kimi gecikmə hətta 20 dəqiqə, yarım saat davam edir. Bu isə sərnişinlərin vaxtında mənzil başına çata bilməməsi, avtobusların vaxtında dayanacağa girə bilməməsinə və Bakıda hərəkət sürətinin 20 km saata enməsinə gətirib çıxarır. Bütün bunlar insanlara həm psixoloji, həm mənəvi, həm də maddi cəhətdən zərər vurur.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh