Cəzalandırılan sürücülərin vaxt iki dəfə uzadılıb - Texniki baxış üçün
Qaydalar 19 Oktyabr 2018 09:54 264 dəfə oxunub
Cəzalandırılan sürücülərin vaxt iki dəfə uzadılıb - Texniki baxış üçün
Sənədi Baş nazir Novruz Məmmədov imzalayıb

Azərbaycanda vətəndaş nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, nəqliyyat vasitəsini 10 gün deyil, 20 gün müddətində texniki baxışdan keçirməlidir. Avtosfer.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə”sində dəyişiklik edib. Sənədi Baş nazir Novruz Məmmədov imzalayıb. Əsasnamənin 7-ci (Məsuliyyət) maddəsinə əsasən, istismarı qadağan edilən nəqliyyat vasitələrini idarə etməyə və onu vaxtında texniki baxışdan keçirmədən idarə etməyə görə nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. İndiyədək vətəndaş nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 10 gün müddətində nəqliyyat vasitəsini texniki baxışdan keçirməli idi. Dəyişikliklə bu müddət 10 gün deyil, 20 gün olacaq.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh