Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb

Gündəm 19 Oktyabr 2018 10:03 Oxunub 512
Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ötən gün ölkədə 127 cinayət faktı qeydə alınıb, onların da 22-si “isti izlər”lə açılıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, oktyabrın 18-də ölkədə 127 cinayət faktı qeydə alınıb, onların da 22-si “isti izlər”lə açılıb.  Əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.  Ölkənin avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.  Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib.  Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh