DYP uşaqları və valideyinləri maarifləndirdi - Sumqayıtda - VİDEO

Yol polisi 19 Oktyabr 2018 12:01 Oxunub 1273
DYP uşaqları və valideyinləri maarifləndirdi - Sumqayıtda - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Valideynlər qaydalara əməl etməlidir ki, uşaqlar da onlardan nümunə götürsünlər

Sumqayıt şəhər Dövlət Yol Polisinin əməkdaşları orta məktəblərdə və məktəblərin yerləşdiyi ərazilərdə açıq hava şəraitində  maarifləndirici tədbirlər keçiriblər. 
Tədbirlər zamanı  valideynlər və uşaqlar yol hərəkət qaydaları üzrə maarifləndirilib, onlarla fərdi söhbətlər aparılıb, onların sualları cavablandırılıb və yollarda  hərəkət qaydaları izah olunub. 
Qeyd olunub ki, dərs ili başlandığda baş verən yol nəqliyyat hadisələrində zərərçəkənlər və həlak olanlar arasında çox təssüflər olsun ki, uşaqlarda olur, amma bunun qarşısını almaq mümkindir. 
Bunun üçün valideynlər məsuliyyətli olmalı, evdə uşaqlarla söhbətlər etməli, onlara yol hərəkət qaydalarını izah etməli, eyni zamanda özləri də qaydalara riayət edərək uşaqları dərsə gətirəndə və evə aparanda keçidlərdən istifadə etməlidir, qaydalara əməl etməlidir ki, uşaqlar da onlardan nümunə götürsünlər. 
Bu kimi tədbirlər Sumqayıt şəhərində bir neçə məktəbdə davam etdirilib və Yol Polisi şöbəsinin əməkdaşları daha bir neçə məktəbdə bu kimi tədbirləri davamlı olaraq keçirməyi planlaşdırır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh