Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri dəyişdirilib

Yol polisi 19 Oktyabr 2018 13:36 Oxunub 4802
Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri dəyişdirilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ramil Usubov müvafiq əmr imzalayıb

Bakı şəhər Baş Polis İdarəsinin “Polis” qəzetinin redaktoru (Mətbuat xidmətinin rəhbəri) Qalib Rəhimov işdən çıxarılıb. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Q.Rəhimov yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilib. Nazirin digər əmri ilə BŞBPİ-nin “Polis” qəzetinin redaktoru vəzifəsinə (Mətbuat xidmətinin rəhbəri) Elşad Hacıyev təyin edilib. E.Hacıyev bu təyinata qədər BŞBPİ-nin “Polis” qəzetinin əməkdaşı olub.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh