Bərdədə avtomobil oğurluğu ilə məşğul olan iki nəfər tutulub - VİDEO

Gündəm 19 Oktyabr 2018 13:38 Oxunub 562
Bərdədə avtomobil oğurluğu ilə məşğul olan iki nəfər tutulub - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki oğurluq faktına görə araşdırmalara başlanılıb

Bərdə rayonnunda avtomobil oğurluğu ilə məşğul olan iki nəfər tutulub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) rayon sakini, Fərahim Əliyev şikayət edərək ona məxsus "VAZ-21011" markalı avtomobilin qaçırılması barədə məlumat verib. Bərdə RPŞ əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Andrey Xəlilov saxlanılaraq şöbəyə gətirilib. A.Xəlilovun üzərinə baxış keçirilən zaman onun cibindən 5.04 qram narkotik vasitə olan tiryək də aşkar edilərək götürülüb. Dindirmə zamanı o, törətdiyi əməli etiraf edib. Qaçırılan avtomobil və saxlanılan şəxsin üzərində aşkarlanan narkotik vasitə maddi sübut kimi götürülüb.  Rayon ərazsində daha bir avtomobilin qaçırılması barədə Bərdə RPŞ-yə müraciət olunub. Rayon sakini Fuad Mirzəyevə məxsus “VAZ-21011” markalı avtomobil qaçırılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobili qaçırmaqda şübhəli bilinən, rayonun Mehdili kənd sakini, Bəxtiyar Əliyev saxlanılıb. Hər iki oğurluq faktına görə araşdırmalara başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh