Ölümlə nəticələnən qəza törədərək qaçan sürücüyə bəraət verildi

Gündəm 19 Oktyabr 2018 13:40 Oxunub 659
Ölümlə nəticələnən qəza törədərək qaçan sürücüyə bəraət verildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sabunçu Rayon Məhkəməsində

Sabunçu Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Emin Həsənovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a vəkil Əli Hüseynov məlumat verib. Onun sözlərinə görə, hakim Süleyman Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmə ona bərəat hökmü çıxarıb. Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin günahı olmayıb. O, müdafiə çıxışında müvəkilinin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğu birgə yaydığı məlumata əsasən, bu il fevralın 4-də saat 08 radələrində paytaxtın Sabunçu rayonu ərazisində naməlum avtomobilin sürücüsünün yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçən qadın cinsindən olan naməlum piyadanı vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən orada ölməsi faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Aparılan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes Benz E 200” markalı, 99-DH-407 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Həsənov Emin Hüseyn oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib. Məhkəmə istintaqı dövründə E.Həsənovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh