Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb

Gündəm 19 Oktyabr 2018 13:45 Oxunub 530
Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırma aparılır

Polis əməkdaşlarının sayıqlığı sayəsində dəmir yolu stansiyası ərazisindən oğurluq etməkdə şübhəli bilinən şəxs cinayət başında yaxalanıb. Bu barədə Avtosfer.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Belə ki, oktyabrın 18-də saat 19 radələrində Bakı şəhər sakini Bayramalı Mirzəyev “Əhmədli” dəmir yolu stansiyasının ərazisindən 60 ədəd taxta şpal, 30 ədəd metal şpal altlığını, 60 ədəd şpal birləşdiricisini, 4 ədəd rels bağlayıcısını və digər əşyaları avtomobilə yükləyib apararkən Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh