Vəzifəli şəxslər qəzaya düşüdülər: xəsarət alanlar var - FOTO

Qəzalar 19 Oktyabr 2018 14:01 Oxunub 1104
Vəzifəli şəxslər qəzaya düşüdülər: xəsarət alanlar var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Baləkən rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qəza Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 145-ci kilometirliyində qeydə alınıb. Belə ki, Zaqatala rayonunun Bəhmətli kənd sakini, 1978-ci il təvəllüdlü Şamil Ramazan oğlu Xasməmmədov idarə etdiyi "Mercedes" markalı, 10-RE-496 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil yolun kənarındakı ağaca çırpılıb. Hadisə zamanı sürücü Ş.Xasməmmədov və avtomobildə olan sərnişin Elnur Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanada "Report"un yerli bürosuna bildirilib ki, E.Məmmədovun xəsarəti yüngül olduğundan ona həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib və evə buraxılıb. Avtomobilin sürcüsü Ş.Xasməmmədovun vəziyyəti isə orta-ağır olaraq qalır. Qeyd edək ki, Şamil Xasməmmədov Zaqatala rayonunun Bəhmətli kənd icra nümayəndəsi, Elnur Məmmədov isə həmin kəndin bələdiyyə sədridir. Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh