Qəzada ölən hakimə görə Ramil Usubova müraciət edildi

Xəbərlər 2 Fevral 2015 18:33 Oxunub 1949
Qəzada ölən hakimə görə Ramil Usubova müraciət edildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir aya yaxın vaxt keçməsinə baxmayaraq müstəntiq Gəray Məmmədtağıyevi tapmaq mümkün olmayıb

Yanvarın 5-də avtomobil qəzasında faciəvi şəkildə dünyasını dəyişən mini futbol üzrə beynəlxalq dərəcəli hakim, Futzal üzrə FİFA referisi Xəlil Huseynlinin atası Oruc Tarverdiyev Daxili İşlər Naziri general-polkovnik Ramil Usubova müraciət edib. Bu barədə aznews.az-a hüquşünas Səməd Vəkilov məlumat verib. Onun sözlərinə görə, 1 aya yaxın vaxt keçməsinə baxmayaraq, cinayət işinin istintaqını aparan Sabunçu Rayon Polis İdarəsinin müstəntiqi baş leytenent Gəray Məmmədtağıyevi tapmaq mümkün olmayıb. Mərhum Xəlil Huseynlinin atası Oruc Tarverdiyev oğlunun faciəli ölümündən sonra aşağıdakı tarixlərdə və vaxtlarda baş leytenent Gəray Məmmədtağıyevə telefonla zəng etsə də, onunla danışmaq mümkün olmayıb.

 

1) 14 yanvar 2015-ci il saat 20.57

 

2) 23 yanvar 2015-ci il saat 12.02

 

3) 23 yanvar 2015-ci il saat 12.06

 

4) 23 yanvar 2015-ci il saat 13.42

 

Buna görə də, onun obyektiv istintaq aparacağı şübhə doğurduğundan Oruc Tarverdiyev nazirə müraciət edərək, işi nəzarətə götürməyi və adıçəkilən baş leytenat barəsində xidməti yoxlanmanın aparılmasını xahiş edib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh