Dələduzluqda təqsirləndirilən vəkilin məhkəməsi başlayıb

Gündəm 19 Oktyabr 2018 13:46 Oxunub 486
Dələduzluqda təqsirləndirilən vəkilin məhkəməsi başlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmənin növbəti iclası oktyabrın 25-nə təyin edilib

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Vəkillər Kollegiyasının sabiq üzvü Lətif Ağayev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası oktyabrın 25-nə təyin edilib. Qeyd edək ki, L.Ağayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda olduqda) və 32.4 (ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətmə sövq etmə) maddələri ilə ittiham edilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh