Tanışını bıçaqlayan şəxsə hökm oxunub

Gündəm 19 Oktyabr 2018 13:51 Oxunub 435
Tanışını bıçaqlayan şəxsə hökm oxunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ə.Osmanov 3 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Əlyar Osmanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmə onun ittiham olunduğu Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsini 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edib. Hökmə əsasən, Ə.Osmanov 3 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə bu il martın 7-də Binəqədidə baş verib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh