Avtomobil məktəblini vuraraq ağır xəsarət yetirib - Sabirabadda

Qəzalar 19 Oktyabr 2018 15:05 Oxunub 698
Avtomobil məktəblini vuraraq ağır xəsarət yetirib - Sabirabadda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Sabirabad rayonunda avtomobil məktəblini vuraraq ağır xəsarət yetirib. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə oktyabrın 19-da günorta saatlarında rayonun Güdəcühür kəndində qeydə alınıb.  Belə ki, “Nissan” markalı, 10 MX 218 dövlət qeydiyyatı nişanlı avtomobil yolu keçən ikinci sinif şagirdi, 2011-ci il təvəllüdlü Zeyqəm Teymur oğlu Xələfovu vurub və ağır vəziyyətdə olan yaralını Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırıb. Hazırda reanimasiyada olan azyaşlının vəziyyəti ağır olaraq qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh