Dostunu öldürən şəxsə cəza verildi

Gündəm 19 Oktyabr 2018 15:22 Oxunub 676
Dostunu öldürən şəxsə cəza verildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmənin hökmü ilə o, 16 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla adam öldürməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Xəyal Abbasovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 16 il müddətinə azadlıqdan məhrum edilib. İttiham aktına əsasən, X.Abbasov Sumqayıtda birlikdə xeyli miqdarda spirtli içki qəbul etdiyi 43 yaşlı Emin Nuriyevi öldürüb. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh