Əziz Qaralov: "Sürüşmə evlərin hasarlarına doğru yaxınlaşır"

Gündəm 19 Oktyabr 2018 16:07 Oxunub 824
Əziz Qaralov: "Sürüşmə evlərin hasarlarına doğru yaxınlaşır"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Sürüşmə kütləsi üzərində gərginlik qalmaqdadır"

"Bakının Badamdar qəsəbəsi, 20-ci sahə avtomobil yolunun sağ kənarında sürüşmə zonasında çatlar böyüyür. Sürüşmə kütləsi üzərində gərginlik qalmaqdadır". Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, sürüşmə evlərin hasarlarına doğru yaxınlaşır: "Sürüşmə kütləsinin Qərb hissəsində yaranmış çatlarda nisbi də olsa, gözlə görüləcək artım müşahidə olunur".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh