“Zığ şosesindəki piyada səkilərində deformasiya olub”

Gündəm 19 Oktyabr 2018 16:15 Oxunub 886
“Zığ şosesindəki piyada səkilərində deformasiya olub”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Gərginlik qalmaqdadır”

Zığ şosesindəki sürüşmə Zığda tektonik xətt üzrə yerləşən ərazidə baş verir. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Ə.Qaralovun sözlərinə görə, ərazidə bir metrdən çox çökmə, divarların aralanması və vəziyyətini nisbi də olsa dəyişən evlər var: "Həmin ərazidə yerləşən küçələrdəki evlərin əksəriyyətində deformasiya baş verib. Baxmayaraq ki, orada layların yatımı qərb istiqamətindədir, amma şərq tərəfə yamac maili olduğu üçün sürüşmə və uçqunlar həmin istiqamətdə daha çox baş verir. Dünən də Zığ şosesində çökmə tipli sürüşmə baş verdi. Yolun bir hissəsində metal konstruksiya ilə inşa edilmiş istinad divarı uçub. Həmin divara bərkidilən istinad divarlarının böyük əksəriyyəti çatlayıb. Yenidən həmin istinad divarı inşa olunur". Ekspedisiya rəisi qeyd edib ki, ərazidə piyada səkilərində də deformasiya olub və gərginlik qalmaqdadır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh