Zağulba yolunun bir hissəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq

Gündəm 19 Oktyabr 2018 21:22 Oxunub 678
Zağulba yolunun bir hissəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik

Sabah saat 08:00-dan 20:00-a qədər Bakının Xəzər rayonunun Zağulba qəsəbəsinə gedən yolun 28-ci km-də (Mərdəkan körpüsündən qəsəbə istiqamətində) aparılacaq yol-təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılacaq. Bu barədə Avtosfer.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib. Zağulba istiqamətində hərəkət edən sürücülər Mərdəkan körpüsündən istifadə etməklə körpüdən sonra yol ayrıcında müvəqqəti təşkil ediləcək yol hissəsindən geriyə dönüş etməklə hərəkətə davam edə biləcəklər. Yarana biləcək müvəqqəti narahatlığa görə, AAYDA vətəndaşlardan üzr istəyir və sürücülərdən aparılacaq işlərə anlayışla yanaşmalarını xahiş edir.

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh