Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb - FOTO

Gündəm 19 Oktyabr 2018 21:25 Oxunub 845
Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Gəncə şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumat verilib. Daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb regional şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 1974-cü il təvəllüdlü Elman Həsənovun yaşadığı fərdi evə hal şahidlərinin iştirakı ilə baxış keçirilib. Baxış zamanı yaşayış evinin yataq otağında 3 ədəd ağ sintetik kisədə, ümumi çəkisi 25 kq 850 qram olan marixuana, 1.391 qram çəkidə küstar üsulla hazırlanan həşiş qətranı və digər narkotik tərkibli toxumlar aşkarlanaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs istintaqa təhvil verilib. Maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh