Sürücülərin cərimələnməsi mexanizmi dəyişdi - VİDEO

Gündəm 19 Oktyabr 2018 21:38 Oxunub 1762
Sürücülərin cərimələnməsi mexanizmi dəyişdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu qərarın verilməsi sürücülərin daha məsuliyyətli olmaları üçün bir işarədir

Avtomobilləri texniki baxışdan keçirmədən idarə etməyə görə təkrar cərimə tətbiq etmək üçün verilən müddət uzadılır. Avtosfer.az-ın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti müvafiq əsasnamədə dəyişiklik edib. Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, əvvəllər bu müddət 10 gün idi. Müddətin uzadılmasının özünəməxsus səbəbləri var. Əsas səbəblərdən biri cərimələmə mexanizminin dəyişməsidir. Ekspertin sözlərinə görə, bu qərarın verilməsi sürücülərin daha məsuliyyətli olmaları üçün bir işarədir. Ekspert bildirib ki, Nazirlər Kabinetinin qərarı İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırma xarakteri daşımaqla, qanunvericilik texnologiyasının təkmilləşdirilməsi anlamına gəlir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh