Mənşəyi bilinməyən quş və heyvan ətləri satılır - VİDEO

Gündəm 19 Oktyabr 2018 21:44 Oxunub 654
Mənşəyi bilinməyən quş və heyvan ətləri satılır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Çəkiliş olduğunu görüb, mağazadakı şəxs ərazidən uzaqlaşdı

Paytaxtın bəzi yerlərində hələ də açıq halda, mənşəyi bəlli olmayan toyuq və heyvan ətləri satılır. Avtosfer.az-ın məlumatına görə, ətlərin satışı gigiyenik normalara uyğun deyil. Üstəlik, satış üçün heç icazə sənədləri də yoxdur. Bu isə belə ətlərin insan sağlamlığına necə təsir edəcəyi ilə bağlı şübhələr ortaya çıxarır. Məsələn, "8-ci km" bazarında belə hallar mövcuddur. Çəkiliş zamanı bazardakı mağazalardan birinin satıcısı bildirdi ki, məhsulların sertifikatları var. Ancaq biz çəkiliş edərkən həmin sənədləri təqdim etmədi. Bazarda toyuq və heyvan əti satışına necə nəzarət olunması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin həmin əraziyə məsul olan həkimi Emil Quliyevə müraciət etdik. Onun sözlərinə görə, ərazidə satışda olan bütün heyvanların ətləri səhər saat 6-dan etibarən yoxlanılır və keyfiyyəti təsdiq olunduqdan sonra satışına icazə verilir. Emil Quliyev onu da bildirdi ki, yalnız bazarın daxilində olan ət satışına görə məsuliyyət daşıyırlar. Bazardan kənarda olan satış yerlərinə isə onlar nəzarət etmir. NZS qəsəbəsindəki mağazalardan birində isə mal ətinin satışı həyata keçirilsə də, bu fəaliyyət üçün hansısa rəsmi sənəd göstərə bilmədilər. Çəkiliş olduğunu görüb, mağazadakı şəxs ərazidən uzaqlaşdı. Vətəndaşlar isə bildirir ki, küçələrdə və bazarlardan kənar ərazilərdə mənşəyi bilinməyən və sənədi olmayan toyuq, heyvan ətlərini almırlar. Səbəb isə bu məhsulları sağlamlıqları üçün təhlükə saymalarıdır. Yeyinti məhsullarının satışı zamanı sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulmasına görə fiziki şəxslər 50 manatdan 100 manatadək miqdarda, vəzifəli şəxslər 100 manatdan 200 manatadək miqdarda, hüquqi şəxslər iki 100 manatdan 400 manatadək miqdarında cərimə edilməlidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh