İçdi, sonra tanışının maşınını qaçırdı

Gündəm 19 Oktyabr 2018 22:01 Oxunub 626
İçdi, sonra tanışının maşınını qaçırdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ağacanov oğurluq avtomobildə iki gün gəzib

İçib, oğurlayıb və həbsxanaya düşüb. Polis əməkdaşları Bakıda "Mercedes" qaçıran kişini tutublar. Avtosfer.az bildirir ki, bu barədə Sputnik Azərbaycan-a Nizami rayon Polis İdarəsindən məlumat verilib. Nizami RPİ-nin 25-ci polis bölməsinin əməkdaşları kişini oğurladığı 90 HM 25 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə birlikdə 18 oktyabr saat 18:30-da Tbilisi prospektində, 27 saylı yaşayış binasının qarşısında saxlayıblar. Məlum olub ki, saxlanılan şəxs əvvəllər oğurluq üstündə AR Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə məhkum olmuş Bakı sakini, 1987-ci il təvəllüdlü Ağacanov Roman Oruc oğludur. Araşdırma zamanı məlum olub ki, Ağacanovun oğurladığı avtomobil onun tanışı, 1964-cü il təvəllüdlü Həsənov Yunis Şəmistan oğluna məxsusdur. Ağacanov maşını oğurlayarkən sərxoş vəziyyətdə olub. Hadisə oktyabrın 16-da baş verib. Həsənovun maşını Azər Manafov küçəsindəki 23/47 nömrəli yaşayış binasının qarşısından oğurlanıb. Ağacanov oğurluq avtomobildə iki gün gəzib. Lakin Roman Ağacanovun oğurluq maşınla bağlı romantikası cəmi iki gün - polis onu saxlayana qədər çəkib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh