Ayın teleskopla müşahidəsi təşkil olunacaq

Gündəm 19 Oktyabr 2018 22:15 Oxunub 434
Ayın teleskopla müşahidəsi təşkil olunacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cari ildə bu hadisə dünyanın bir çox ölkələrində 800-dən artıq tədbirlə qeyd olunur

Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası oktyabrın 20-də Beynəlxalq Ay Müşahidəsi Günü çərçivəsində (hava şəraiti əlverişli olarsa) hər kəsi Rəsədxanaya Ayı teleskopla müşahidə etməyə dəvət edir. Bu barədə Avtosfer.az-a rəsədxanadan məlumat verilib. Qeyd edilib ki, 2010-cu ildən başlayaraq hər il dünyada Beynəlxalq Ay Müşahidəsi Günü qeyd olunur. Məqsəd hər il bir gün Yer üzündə olan hər kəsi Ayı birlikdə müşahidə etməyə və öyrənməyə dəvət etməkdir. Cari ildə bu hadisə dünyanın bir çox ölkələrində 800-dən artıq tədbirlə qeyd olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh