Qaxda yola çıxan at qəzaya səbəb oldu: bir qadın xəsarət alıb - FOTO

Qəzalar 20 Oktyabr 2018 08:44 Oxunub 731
Qaxda yola çıxan at qəzaya səbəb oldu: bir qadın xəsarət alıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Qax rayonunda bir nəfərin yaralanması ilə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun rayonun Zərnə kəndi ərazisindən keçən hissəsində olub. Yerli sakin Elbrus Əfəndiyev idarə etdiyi "34-BG-126" dövlət qeydiyyat nişanlı "VAZ-2109" markalı avtomobillə Zaqataladan Qax istiqamətində hərəkətdə olarkən qarşısına çıxan atı vurub. Nəticədə sürücünün həyat yoldaşı Həyat Əfəndiyeva aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəzaya səbəb olan at bundan əvvəl həmin yolla hərəkətdə olan "Ford" markalı avtomobilin qarşısına da çıxıb və maşın nəticədə yoldan çıxaraq aşıb. Sonuncu qəza zamanı heyvan hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh