İki yük avtomobili toqquşdu: 1 yaralı - Hacıqabulda

Qəzalar 20 Oktyabr 2018 09:01 Oxunub 710
İki yük avtomobili toqquşdu: 1 yaralı - Hacıqabulda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə saat 3:30 radələrində Bakı-Qazax yolunun Hacıqabul rayonu, Muğan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Beynəlxalq daşımalarla məşğul olan qoşqulu yük avtomobili arxadan mişar daşı ilə yüklənmiş "KamAZ" markalı avtomobilə çırpılıb. Nəticədə "KamAZ" yoldan çıxaraq aşıb. Onun Goranboy rayonunun Nadir kəndindən olan 1985-ci il təvəllüdlü sürücüsü Əliyev Zahir Şamil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh