Ötən gün baş vermiş yol qəzalarında – 3 ölü, 11 yaralı

Gündəm 20 Oktyabr 2018 11:28 Oxunub 626
Ötən gün baş vermiş yol qəzalarında – 3 ölü, 11 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, oktyabr ayının 19-dan 20-dək respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 111 cinayət faktı qeydə alınmış, onların da 22-si “isti izlər”lə açılıb.  Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.    Axtarışda olduğuna görə, ümumilikdə, 30 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 11 nəfər xəsarət alıb.   Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.  Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh