Minik və yük avtomobilləri toqquşdu: xəsarət alan var - Cəlilabadda

Qəzalar 20 Oktyabr 2018 11:32 Oxunub 986
Minik və yük avtomobilləri toqquşdu: xəsarət alan var - Cəlilabadda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Cəlilabad rayonunda yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadənməlumatına görə, hadisə ötən gün gecə saatlarında yeni Ələt-Astara avtomobil yolunun rayonun Uzuntəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, TIR markalı yük maşını yolun kənarında dayanmış "Jiquli" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində hər iki avtomobil yolun kənarına aşıb. Minik avtomobilinin sürücüsü, Sabirabad rayon sakini, 1977-ci il təvəllüdlü Ramin Yunis oğlu Süleymanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisəyə ilkin səbəb kimi hava şəraitinin dumanlı olması göstərilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh