Ferrari-dən unikal superkar - FOTO

Avtodünya 21 Oktyabr 2018 23:30 Oxunub 2495
Ferrari-dən unikal superkar - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Superkar 100 km/saata 3,0 saniyəyə sürətlənir, maksimal sürəti isə 330 km/saatdır

İtaliyanın Ferrari şirkəti unikal superkar SP38 təqdim edib. O, sadiq müştərilərdən birinin sifarişi əsasında yığılıb. İdman kupesinin əsasında Ferrari 488 GTB modeli dayanır. Avtosfer.az bildirir ki, eksklüziv idman avtomobilinin rəsmi təqdimatı Ville d`Estedə keçirilən müsabiqədə baş tutub. Təəssüf ki, şirkəti yeni model barədə ətraflı məlumat verməyib. İtaliya markasının nümayəndələri bildiriblər ki, unikal avtomobilin hazırlanmasında dizaynerlər F40 modelindən ilhamlanıblar. Məsələn, yenilikdə bənzər aerodinamik oturacaqlar və mühərrik hissəsinin qapağını görmək olar. Qeyd edək ki, kupe Ferrari 488 GTB-nin adi versiyası 3.9 V8 tvin-turbo mühərriki ilə təchiz edilir. Bu mühərrik 670 a.g., 760 Nm fırlanma anına malikdir. Yerindən 100 km/saata 3,0 saniyəyə sürətlənir, maksimal sürəti isə 330 km/saatdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh