Elvis Preslinin "Cadillac"ı gözlənilmədən ucuz qiymətə satılıb

Avtobazar 22 Oktyabr 2018 00:01 Oxunub 1648
Elvis Preslinin "Cadillac"ı gözlənilmədən ucuz qiymətə satılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Presli onunla 100 min kilometr məsafə qət edib

Rok-n-roll kralı Elvis Preslinin nadir "Cadillac de Ville Estate Wagon" avtomobili Avstriyanın Zalsburq şəhərində, "Dorotheum" hərracında planlaşdırıldığından daha ucuz qiymətə satılıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Report" "Local" portalına istinadən xəbər verir. Məlumata görə, təşkilatçılar 1972-ci ildə istehsal olunmuş retro nəqliyyat vasitəsini azı 100-200 min avroya satmağı planlaşdırıblar. Lakin avtomobil 69 min avroya satılıb. Bildirilir ki, hərracdakı digər avtomobillər kifayət qədər baha satılıb. Məsələn, 1971-ci ilə məxsus "Mercedes-Benz 280 SE 3.5 Coupe" 89,7 min avroya, 1965-ci ilin istehsalı olan "Lancia Flaminia Super Sport 3C 2.8 Zagato" isə 339 min avroya satılıb.  KİV-in məlumatına görə, Preslinin avtomobilinin keçmiş sahibi sazişdən 5 min avroya yaxın qazanıb. "Cadillac de Ville Estate Wagon" məşhur müğənninin idarə etdiyi sonuncu avtomobil olub. Presli onunla 100 min kilometr məsafə qət edib. Avtomobil həm də Amerikanın "Sunroof" şirkətinin onu sedan "Deville" bazası əsasında istehsal etdiyi iki nəqliyyat vasitəsindən biri olması ilə nadir sayılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh