Əlil bacısını zorlayan şəxsi tapıb amansızlıqla öldürdü

Gündəm 22 Oktyabr 2018 00:30 Oxunub 764
Əlil bacısını zorlayan şəxsi tapıb amansızlıqla öldürdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yusuf bacısının namusunu təmizlədiyini bildirib

Türkiyənin Bursa şəhərində eşitmə məhdudiyyətli bacısını zorlayan gənci öldürən Yusuf adlı şəxs məhkəmə qarşısına çıxarılıb. Mərhumun atası cinayətkara ömürlük həbs cəzası tələb etsə də, əlini qana bulayan Yusuf bacısının namusunu təmizlədiyini bildirib. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, dünyasını dəyişən Mehmet Kocadoğanın atası isə qızın oğlunu daim sosial şəbəklərədə narahat etdiyini və bu hadisənin üstünü açacağını bildirib. Xatırladaq ki, bacısının təcavüzə məruz qaldığını öyrənən Yusuf Mehmetə uzun sürən davadan sonra tapançadan atəş açıb. Daha sonra o, hadisə yerindən qaçıb. Mehmetin atası isə açıqlamasında adını çəkmək istəmədiyi qızın oğluna sevgili gözü ilə baxdığını, lakin oğlunun onu daim dost olaraq gördüyünü iddia edib. Kədərli ata həmçinin dediklərini oğlunun sosial hesabındakı rəylər vasitəsilə sübut edəcəyini bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh