İndoneziyada zəlzələ qurbanlarının sayı 2113 nəfərə çatıb

Gündəm 22 Oktyabr 2018 01:30 Oxunub 782
İndoneziyada zəlzələ qurbanlarının sayı 2113 nəfərə çatıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təbii fəlakət daha çox Paulu şəhəri və ətrafındakı kəndlərə ziyan vurub

İndoneziyanın Sulavesi adasında baş verən zəlzələ və sunami nəticəsində ölənlərin sayı 2113 nəfərə çatıb. Avtosfer.az-ın xarici KİV-ə istinadən məlumatına görə, fəlakət nəticəsində xəsarət alan 4600 nəfərin vəziyyətinin ağır olduğu bildirilib. Ümumilikdə zəlzələ və sunami nəticəsində 10 mindən çox insan xəsarət alıb. Təbii fəlakət nəticəsində yollar sıradan çıxdığından bəzi kəndlərlə əlaqə kəsilib. Bölgədə qida və içməli su problemi yaşanır. Fəsadların aradan qaldırılması üçün görülən işlər davam etdirilir. Qeyd edək ki, sentyabrın 28-də ard-arda baş verən 6,1 və 7,5 bal gücündə zəlzələ hündürlüyü 6 metrə çatan sunamiyə səbəb olub. Təbii fəlakət daha çox Paulu şəhəri və ətrafındakı kəndlərə ziyan vurub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh