Polis orta məktəbdə aktual mövzulara həsr edilmiş görüş keçirb - FOTO

Gündəm 22 Oktyabr 2018 00:22 Oxunub 1964
Polis orta məktəbdə aktual mövzulara həsr edilmiş görüş keçirb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis polkovniki Sənan Əsədov narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən danışıb

Göyçay şəhər 2 saylı orta məktəbdə “Gənclər narkomaniyaya yox deyir”, “Erkən nikah və onun fəsadları” və “Dini radikalizmə qarşı birgə mübarizə” mövzularında tədbir keçirilib. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, tədbirdə Rayon Polis Şöbəsinin, icra hakimiyyətinin, təhsil şöbəsinin, prokurorluğun əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak edib. Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Sənan Əsədov müasir dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıb. Eləcə də “ağ ölümün” qurbanına çevrilənlərin sağlam həyata qayıtmasının da çox çətin olduğunu vurğulayıb. Narkomaniyanın tək ölkəmiz üçün deyil, bütün dünya üçün təhlükə mənbəyi olduğunu və narkomaniyaya qarşı ölkəmizdə aparılan  mübarizədən, qəbul olunan dövlət proqramından danışaraq  son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib. Yaşadığımız dövrdə ümumbəşəri bəlaya çevrilmiş narkomaniyanın cəmiyyətdə və insanın şəxsi həyatında törədə biləcəyi  neqativ hallardan danışan S. Əsədov bu bəla ilə mübarizə yolları haqqında geniş məlumat verib.
Sonra tədbirdə çıxış edənlər erkən nikahın fəsadları barəsində gənclərə tövsiyələr veriblər. Əvvəllər belə hallara daha çox rast gəldiklərini, ancaq indi cəmiyyətin müasirləşdiyini və qanunla nikah yaşının minimum 18 olduğu diqqətə çatdırılıb. Erkən nikahların böyük əksəriyyətinin sonradan boşanma ilə nəticələndiyini və bu işdə hamının ən azı mənəvi məsuliyyət daşıdığını bildiriblər.
Dini radikalizmdən söz açan qonaqlar  ölkəmizdə  dinin dövlətdən ayrı olduğunu və burada yaşayan hər bir şəxsin dini inancına hörmətlə yanaşıldığını, ancaq bu azadlıqlan sui-istifadə edənlərin olduğu barəsində məktəblilərə ətraflı məlumat veriblər.  Bildiriblər  ki, onları öz təsirlərinə salmaq üçün əsas hədəfləri bu mövzular barəsində o qədər də məlumatlı olmayan gənclərdir. Məhz buna görə də dövrümüzdə həssas olan bu mövzular barəsində şagirdləri diqqətli və məlumatlı olmağa çağırıblar. Sonda mövzular barəsində şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh