Balığı avtomobilində asılmış vəziyyətdə daşıyır - VİDEO

Qaydalar 22 Oktyabr 2018 00:45 Oxunub 1349
Balığı avtomobilində asılmış vəziyyətdə daşıyır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Belə qayda pozan sürücülər 40 manat cərimə edilməlidir

Paytaxt küçələrində bir nəfər balığı avtomobilində asılmış şəkildə daşıyır. Avtosfer.az-ın məlumatına görə, kadrları bir nəfər çəkərək votsapp nömrəmizə göndərib. Aydın olur ki, sürücü 2 kq-a yaxın ağırlığı olan balığı avtomobilin yük yerindən asıb. Onun, balığı satış məqsədi ilə bu şəkildə nümayiş etdirdiyi ehtimal olunur. Uzun müddətdir paytaxtda balıq satışı ilə məşğul olanlar bildirirlər ki, istər satış məqsədi ilə olsun, istərsə də şəxsi istifadə üçün alınan balığın bu şəkildə daşınması yolverilməzdir. Satıcılar, bu şəkildə daşınan balığın bir sıra fəsadlarının ola biləcəyini deyirlər.

Bu, həm də yükdaşıma qaydalarının pozulmasıdır. Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı ehtimal edir ki, sürücü həddindən artıq balıq həvəskarıdır. Ona görə də tutduğu balığı bu şəkildə nümayiş etdirmə üsulunu seçib. Amma istənilən halda balığın bu formada daşınması inzibati xətadır.

İnzibati Xətalar Məcəlləsinə görə, belə qayda pozan sürücülər 40 manat cərimə edilməlidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh