İcra başçısının qardaşı oğlunun dəbdəbəli həyatı - FOTOLAR

Avtosfer Foto 22 Oktyabr 2018 00:51 Oxunub 6079
İcra başçısının qardaşı oğlunun dəbdəbəli həyatı - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Səməd Cəbrayılovun bahalı avtomobili və milyonlarla qiyməti olan villasının görüntüsü yayılıb

Son günlər məmur övladarı və onların yaxın qohumlarının dəbdəbəli həyat tərzi ölkə mediasının gündəmindən əksik olmur. Sfera.az xəbər verir ki, bu dəfə Göyçay rayonunun icra başcısı Mehdi Səlimzadənin qardaşı oğlunun fotoları sosial şəbəkədə xeyli müzakirəyə səbəb olub. Sosial şəbəkə səifələrində Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin qardaşı oğlu olduğu iddia edilən Səməd Cəbrayılovun bahalı avtomobili və milyonlarla qiyməti olan villasının görüntüsü yayılıb.
Yayılan fotolarla bağlı şərhdə  bunlar qeyd edilir: "Bu gün məmləkətimizdə kasıbçılığın sürətlə inkşaf etdiyi bir vaxtda, məmur qohumları günbəgün varlanırlar. Belə ki, Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin qardaşı oğlu Səməd Cəbrayılova məxsus bu möhtəşəm villa Qəbələ rayonunda yerləşir. Əminin yaratdığı şərait və verdiyi imtiyaz nəticəsində corab almağa imkanı olmayan qardaş oğlu 2 il ərzində milyonlara sahib olub. Səməd Cəbrayılov Göyçayda, Qəbələdə və Bakı şəhəində villalara, bahalı avtomobillərə, obyektlərə sahib olub. 

Redaksiyadan: Bir daha bəyan edirik ki, bu xəbər facebook sosial şəbəkəsində "Gundem xeber" səhifəsində paylaşılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh