Bakıda ölüm saçan avtobuslar da var - VİDEO

Avtosfer TV 22 Oktyabr 2018 08:15 Oxunub 1720
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu avtobus sərnişinləri ölümə aparır

Avtosfer.az-a göndərilən videogörüntüyə baxdıqda bir daha görmək olur ki, avtobus qəzaları zamanı bu qədər ölümlə nəticələnən ağır faciələr hələ də aidiyyatı qurumlara dərs olmayıb. Hələ də insan həyatının onlar üçün bir önəmi yoxdur. Belə ki, Bakı sakinlərinin birinin göndərdiyi videogörüntüdən görünür ki, oktyabrın 21-də saat 11:30 radələrində "Bibiheybət" ziyarətgahı ilə üzbəüz dayanacaqda 99 ND 364 dövlət nömrə nişanlı sərnişin avtobusunun demək olar ki, bir tərəfi yolun asfalt örtüyünə sürtünür. Açıq-aydın görünür ki, bu avtobus texniki cəhətdən saz deyil, sərnişin daşınmasına yaramır və istənilən bir sərt döngədə aşmağı an məsələsidir. Bu avtobusun növbəti dayanacağı sərnişinlərin ölümü olsa birbaşa təqsirkar marşrut xəttinin sahibi olacaq.

 

Kənan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh