“VAZ” beton maneəyə çırpıldı: sürücü öldü - Şabranda

Qəzalar 22 Oktyabr 2018 10:09 Oxunub 521
 “VAZ” beton maneəyə çırpıldı: sürücü öldü - Şabranda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil veriıib

Şabran rayonunda “VAZ” markalı minik avtomobilinin beton maneəyə çırpılması nəticəsində yol-nəqliyyat qəzası baş verib. FHN-dən Avtosfer.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1992-ci il təvəllüdlü Mövlanlı Pərviz Elxan oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh