Bakıda küçədə 0,5 litr civə aşkarlandı

Gündəm 22 Oktyabr 2018 12:33 Oxunub 695
Bakıda küçədə 0,5 litr civə aşkarlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bakıda zibillikdə külli miqdarda civə aşkarlanıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Rayonun 80 saylı MKİS-inin sahə nəzarətçisi, 1966-cı il təvəllüdlü Əzizov Teyyub Əmirxan oğlu Binəqədi rayonu, S.Sani Axundov küçəsi, 3 ünvanının qarşısında təmizlik işləri apararkən içərisində civə olan 0,5 litrlik şüşə qab aşkarlayıb. O, dərhal hadisə barədə Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinə məlumat verib. Polis əməkdaşları hadisə yerinə gələrək 0,5 litrlik civəni müvafiq qaydada qablaşdıraraq götürüb. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh