Şabrandakı qəzada ölən polis imiş

Qəzalar 22 Oktyabr 2018 12:27 Oxunub 626
Şabrandakı qəzada ölən polis imiş
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır

Şabranda ağır qəzada həlak olan polis imiş. Avtosfer.az xəbər verir ki, Şabran Rayon Prokurorluğundan qafqazinfo-a verilən məlumata görə, idarəetmə hüququ olmayan polis həmkəndlisinin maşını ilə qəza törədərək ölüb. Rayonun Sincanboyad kənd sakini, Şabran Rayon Polis Şöbəsinin serjantı 1992-ci il təvəllüdlü Pərvin Əlixan oğlu Meylaverdiyev idarə etdiyi həmkəndlisi Samir Əliyevə məxsus VAZ2106 markalı, 50BD859 dövlət nömrə nişanlı avtomobili səhər saatlarında Bakı-Quba yolunun 122-ci kilometrliyində işıq dirəyinə çırpıb, nəticədə P.Meylaverdiyev hadisə yerində aldığı xəsarətlərdən ölüb. Faktla bağlı Şabran Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

----------

09:14

Şabran rayonunda "VAZ" markalı minik avtomobilinin beton maneəyə çırpılması nəticəsində yol-nəqliyyat qəzası baş verib. FHN-dən Avtosfer.az--a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1992-ci il təvəllüdlü Mövlanlı Pərviz Elxan oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh