Texniki baxışla bağlı sürücüləri ŞOK edəcək qərar verildi -  3 YENİLİK

Yazarlar 22 Oktyabr 2018 15:07 Oxunub 11167
Texniki baxışla bağlı sürücüləri ŞOK edəcək qərar verildi -  3 YENİLİK
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nasazlıq olsa da avtomobil texniki baxışdan keçirilməli və texniki baxış talonu tərtib edilməlidir

Avtomobillərin texniki baxışı ilə bağlı gözlənilən dəyişikliklər oldu. "Yol hərəkəti haqqında" Qanuna iyun ayında edilən dəyişikliklər Nazirlər Kabinetinin 40 saylı qərarına da daxil edildi.
Bu dəyişikliklər barədə o vaxt da qeyd etmişdik, bir daha əsas 3 yeniliyi nəzərinizə çatdırmaq istəyirəm:
1. Kağızda (şüşəyə yapışdırılan) texniki baxış talonu ləğv edildi. Bundan sonra yalnız elektron talon tərtib olunacaq, DYP-nin mərkəzi informasiya sisteminə və sürücünün elektron kabinetinə yerləşdiriləcək.
2. Baxışın vaxtı dəyişdi. Əvvəllər olduğundan fərqli olaraq, nəqliyyat vasitəsi növünə və istehsal ölkəsinə görə baxışa təqdim edilməyəcək. Yeni qaydaya əsasən, nəqliyyat vasitəsi axırıncı dəfə hansı gün baxışdan keçibsə, gələn il (gələn dəfə) də həmin gündən gec olmayaraq baxışdan keçirilməlidir. Həmin gündən sonra 20 gün ərzində baxış olmasa, belə avtomobili idarə edən sürücü cərimələnəcək. Məsələn, əvvəlki il 10 mayda baxışdan keçən avtomobil növbəti texniki baxış ili 30 mayadək baxışdan keçirilməsə, onu yolda idarə edən sürücü 50 manat cərimə olunacaq (özü də elektron qərarla).
3. Minik avtomobilləri və 3,5 tonadək olan yük avtomobilləri, onların qoşquları və motosikletlər istənilən nasazlığı olsa da texniki baxışdan keçirilməli və texniki baxış talonu tərtib edilməlidir. Texniki baxış zamanı nasazlıqlar aşkar edildikdə nəqliyyat vasitəsinin sahibinə həmin nasazlıqlar barədə sadəcə bildiriş verilir və həmin nazaslıqların aradan qaldırılması tövsiyə olunur. Həmin nəqliyyat vasitəsi
növbəti, yəni gələn ilki və ya iki ildən sonrakı texniki baxışdan keçirilərkən bildirişdə qeyd edilən nasazlıqlar təkrar aşkar edilərsə, həmin nasazlıqlar aradan qaldırılmayanadək nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon verilməməlidir. 
Bu o deməkdir ki, qeyd olunan nəqliyyat vasitələrinə hər bir halda, ən ciddi nasazlıq olsa da, baxış talonu verilməli, sürücü buna görə geri qaytarılmamlıdır.
3-cü yenilik paradoksal sayıla bilər. Loru dildə bu o deməkdir ki, məsələn, siz avtomobilinizi 3 təkər üstündə baxışa gətirirsiniz. Təkərinin biri olmasa da, ona baxış talonu verilməlidir və sizə məsləhət görülməlidir ki, gedin 4-cü təkəri də maşının altına qoyun. Siz də gələn ilki texniki baxışa gələnədək 4-cü təkəri də tapmalısınız, tapmasanız gələn il avtomobilinizi baxışdan keçirə bilməyəcəksiniz.
3-cü dəyişiklik icazə verilən maksimal kütləsi 3,5 tondan artıq yük avtomobillərinə, avtobuslara, onların qoşqularına, bəzi xüsusi təyinatlı nəqliyyat vasitələrinə aid deyil.
P.S. 3-cü qeyd etdiyim düzəliş olsa da, İXM-in 342.2-ci və 342.5-ci maddələri qüvvədə qalır. Yəni 3 təkərli avtomobilinizi baxışdan keçirməlidirlər, amma onu küçədə saxlayanda bu nasazlığı aradn qaldıra bilməsəniz, cərimələnə bilərsiniz.

 

Ərşad Hüseynov,
hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Vüsal 27 Mart 2019 21:12
Hervaxtınız xeyir. Bir mesele ile bağli sizi narahat etmek isterdim. Men avqust ayında A160 avtomobili almişam. Onlarında texniki baxişi mayın 1dən başlanır. Son qerar deyişikliyinden xebersizem. Xebardarlıq olmadan texniki baxişin vaxti keçdiyi üçün kamera vasitesile mene elektron cerime tertib olunub. Xahiş edirem mene bu barede kömeklik göstererdiniz.