Bakıda ölümə gedən gənc “avtoş”un videosu İnstagramda tapıldı – VİDEO

Xəbərlər 23 Oktyabr 2018 14:21 Oxunub 6418
Bakıda ölümə gedən gənc “avtoş”un videosu İnstagramda tapıldı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Axına qarşı hərəkət edən "VAZ 2106" markalı avtomobil təhlükə yaradıb

Bakıda yolda avtoxuliqanlıq edərək təhlükə yaradan sürücünün görüntülərini Tural adlı oxucu Avtosfer.az-a göndərib. O bildirib ki, oktyabrın 17-də, təxmini saat 15-16:00 radələrində Babək prospektinin tam əksi istiqamətində (Maşın bazarından Günəşli istiqamətinə gedən hissədə) axına qarşı hərəkət edən "VAZ 2106" markalı avtomobil bütün sürücülərə təhlükə yaradıb. Hansı ki, əks hərəkət hissəsində yol açıq olub.
Maşında ailəsi ilə olduğunu deyın Turalın sözlərinə görə, axına qarşı hərəkət edən avtomobil onunla üz-üzə toqquşacaqmış. Hadisənin həyəcanını yaşayan sürücü sosial şəbəkədə axtarışa başlayıb və yolda təhlükə yaradan həmin sürücünün görüntülərini İnstagramda tapıb.
Oxucumuz həmin sürücünün tapılıb sərt şəkildə cəzalandırılmasını istəyir. 
Ümid edirik ki, DYP əməkdaşları həmin sürücünün hərəkətlərini “Təhlükəsiz şəhər” kamerası vasitəsilə aşkarlayıb barəsində inzibati məsuliyyət tədbirləri görəcək.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Zahid 1 Noyabr 2018 16:35
Salam evvela bele veziyyet 17 oktyabr yox 20-21 oktyabr tarixinde baw vermiwdir . Qabaqda yol bagli oldugu ucun donub geriye qayitmiwam burada avtoxuliqanliqa aid hec bir hal yoxdur. Tehlukesiz şeher kameralarindada gorunmelidir arxamca bir nece avtomobil gelir . En esas sagda oturan dostumuz eli ile iwarw edirki yol baglidir 30 40 suretle yolun sol kuncu ile gedirem . Duzgun qeleme vermidiyiniz ucun sizden şikayetçiyem.