Mark Markes “MotoGP” sinfində dünya çempionu olub

Yarışma 22 Oktyabr 2018 21:45 Oxunub 1362
Mark Markes “MotoGP” sinfində dünya çempionu olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
25 yaşlı motoyürüşçü dalbadal doqquz mövsümdür dünya çempionatında çıxış edir

“Repsol Honda” komandasını təmsil edən ispaniyalı motoyürüşçü Mark Markes oktyabrın 21-də keçirilmiş Yaponiya Qran-Prisində qələbə sayəsində yeddiqat dünya çempionu və beşinci dəfə “MotoGP” sinfində ən yaxşı motoyürüşçü olub. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, M.Markes əsas rəqibi Andrea Dovitsiozodan 102 xal çox toplayaraq finala hələ üç mərhələ qalmış şəxsi hesabda liderliyini təmin edə bilib. 25 yaşlı motoyürüşçü dalbadal doqquz mövsümdür dünya çempionatında çıxış edir və bu müddət ərzində “MotoGP” sinfində ən gənc beşqat çempion olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh