Bakıda 005 nömrəli “Land Rover” bir dəqiqədə 3 dəfə qayda pozdu – VİDEO

Avtoreyd 23 Oktyabr 2018 11:50 Oxunub 2530
Bakıda 005 nömrəli “Land Rover” bir dəqiqədə 3 dəfə qayda pozdu – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Land Rover" sürürsənsə və nömrən 005-dirsə deməli sənin öz qanunların var?!

İzləyicilərimizdən biri saytımıza videogörüntü göndərib və bildirir videonun "qəhrəmanı" bu gün əməlli-başlı onun əsəblərinə toxunub. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, "Gənclik" metrostansiyası ətrafında 18:26-18:27 radələri arasındakı bir dəqiqəlik qısa zamanda 99 AE 005 nömrə nişanlı  "Land Rover" markalı avtomobilin sürücüsü üç dəfə manevretmə  qaydalarını  pozaraq onu öz zolağından çıxmağa məcbur etmək istəyib. Görünür ki, sürücü hündür və 005 nömrəli avtomobil idarə etməyin ona hansısa imtiyaz verdiyini düşünür. Ancaq qanunla bütün vətəndaşlar eyni hüquqa malikdir. Xatırladaq ki,qayda pozuntuları arasında zaman fərqi olduğu üçün hər bir qayda pozuntusu üçün ayrı protokol yazıla bilər.

Ümid edirik ki, DYP idarəsi səlahiyyətliləri bu sürücüyə qarşı qanuna müvafiq tədbir görüb tezliklə saytımıza bu barədə məlumat verərlər.

Avtosfer.Az sözügedən videonu təqdim edir:


Kənan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh