Alimlər Marsda həyatın mövcudluğunu güman edirlər

Maraqlı 23 Oktyabr 2018 06:54 Oxunub 917
Alimlər Marsda həyatın mövcudluğunu güman edirlər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Burda göllərdə duzun və zəhərin miqdarı həddindən çox ola bilər

Marsda həyat hələ də mümkündür. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, alimlər belə qənaətə Qırmızı planet haqqında yeni məlumatlar aldıqdan sonra gəliblər. Mütəxəssislər müəyyənləşdiriblər ki, Marsdakı suda çoxhüceyrəli orqanizmlərin yaşaması üçün kifayət edəcək miqdarda oksigen ola bilər. Yer Kürəsində müxtəlif canlı orqanizmlər oxşar şəraitdə duzlu və şirin göllərdə yaşamağa qadirdir. Bu, tədqiqatçılara Qırmızı planetdə də həyatın mövcud olmasını güman etməyə imkan verir. Lakin bu nikbinliyi heç də bütün alimlər bölüşmür. Bir sıra alimlər hesab edir ki, Marsdakı göllərdə duzun və zəhərin miqdarı həddindən çox ola bilər. Bu səbəbdən orada orqanizmlərin yaşaması mümkün deyil.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh