"Brabus"-dan yeni Mercedes G500 - FOTO

Avtodünya 23 Oktyabr 2018 23:45 Oxunub 2084
"Brabus"-dan yeni Mercedes G500 - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobili yerindən 100 km/saata 5,7 saniyəyə (-0,2) sürətlənir

Brabus atelyesi təkmilləşdirilmiş yolsuzluq avtomobili Mercedes-Benz G500-ü təqdim edib. Alman tünerlərin bu versiyasının xarici görünüşü dəyişib və mühərriki daha güclü olub. Xarici görünüşdən bu versiya karbon asma alıb ki, ona hava çıxıntıları olan yeni kapot daxildir. Sonuncu təkcə estetik rol oynamır, həmçinin mühərriki daha yaxşı soyudur. Yolsuzluq avtomobilinin tavanında 12 diodlu bir cüt lüstr peyda olub. Tünerlər avtomobilə 20- və 23-düymlük təkər diskləri quraşdırmağı təklif edirlər. Onlardan ən eksklüziv variantda olanı Brabus Platinum Edition adlanır. Bu cür təkərlərdə şinlərin ölçüsü 305/35-dir. Müştərilər şin istehsalçılarını özləri seçə bilərlər - Continental, Pirelli və ya Yokohama. Şirkət Gelendwagen-in salonunu da yaddan çıxarmayıblar. Onlar interyerdə dəridən və alkantaradan, habelə dekorativ ağac əlavələrdən və karbondan istifadə ediblər. Salonda, həmçinin pedal üçün alüminium əlavələr və atelyenin loqotipi yazılmış lövhələr var. Standart Mercedes-Benz G500 4,0-litrlik, iki turbinli, 421 a.g. və 609 Nm fırlanma anı olan V8 ilə təchiz edilir. Lakin tünerlər at gücünü 500-ə, fırlanma anını isə 710 Nm-dək artıra biliblər. Bu artım xüsusi modulun quraşdırılması sayəsində mümkün olub. Nəticədə yolsuzluq avtomobili yerindən 100 km/saata 5,7 saniyəyə (-0,2) sürətlənir, maksimal sürət isə əvvəlki kimi 210 km/saatdır. Atelyenin mütəxəssisləri G500-ə, həmçinin paslanmayan poladdan qaz buraxma sistemi, ətraflarda xrom borular quraşdırıblar. Bu, Coming Home adlı sakit rejimə malikdir. Bu yeniliklərin qiyməti barədə məlumat verilmir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh