Gənc qızı vuran avtobus sürücüsü həbs olundu

Gündəm 23 Oktyabr 2018 11:18 Oxunub 812
Gənc qızı vuran avtobus sürücüsü həbs olundu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir

Bakıda marşrut avtobusunun gənc qızı vurub öldürməsi ilə bağlı rəsmi açıqlama verilib. Bakı Şəhər Prokurorluğundan Avtosfer.az-a verilən məlumata görə, oktyabrın 19-da saat 11:30 radələrində paytaxtın Sabunçu rayonu ərazisində Zaur Quliyev 131 saylı marşrut xətti üzrə idarə etdiyi “General Avtocompany” MMC-yə məxsus “Daewoo BS 090” markalı 90-TH-257 dövlət qeydiyyat nişanlı avtobusu yolun sağ tərəfində saxlayıb sərnişin düşürdükdən sonra avtobusu arxaya doğru hərəkət etdirərkən piyada keçidində yolu keçmək istəyən 1998-ci il təvəllüdlü Aysel Məmmədovanı vurub üzərindən keçərək ölümünə səbəb olub. Fakta görə Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət  Məcəlləsinin  263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda)  maddəsi ilə cinayət işi başlanaraq zəruri ekspertizalar təyin edilib, şahidlər dindirilib. Z.Quliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq zamanı avtobusun sürücüsünün narkotik vasitələrdən istifadə etməsi müəyyən edildiyindən sürücünün sərnişin daşıma ilə məşğul olmasına şərait yaratmış “General Avtocompany” MMC-nin vəzifəli şəxsləri barəsində Bakı şəhər prokurorluğunun İstintaq İdarəsində araşdırmalara başlanılıb. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh